İnsanlara hürriyət, millətlərə istiqlal!

FTB ABŞ-ın keçmiş vitse-prezidentinin evində axtarış aparıb

FTB keçmiş vitse-prezident Maykl Pensin evində axtarış keçirilib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Politico” saytı məlumat yayıb. Saytın məlumatına görə, hüquq-mühafizə orqanları keçmiş yüksək vəzifəli məmurun evində məxfi materialların olub-olmadığını yoxlayır.

Pensin axtarışa razı olduğu qeyd edilir.

Xatırladaq ki, Maykl Pens Tramp administrasiyasında vitse-prezident vəzifəsində çalışıb.

Bundan əvvəl keçmiş vitse-prezidenti Trampın fəaliyyətini araşdıran prokurorun yanına ifadə vermək üçün çağırılıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR