İnsanlara hürriyət, millətlərə istiqlal!

FT: Rusiya elitası Ukraynadakı müharibəyə etirazını gizlətmir, lakin Putin...

Rusiyanın siyasi elitası Rusiyanın Ukraynaya təcavüzünə qarşı çıxır və müharibəni dəstəkləmir, lakin prezident Vladimir Putinə təsir göstərə bilmir. O, işğalı dayandırmaq niyyətindən vaz keçmir və savaşı istədiyi sonda çatdırmaq üçün getdikcə daha çox inadkarlıq nümayiş etdirir.

Musavat.com xəbər verir ki, bu barədə “Financial Times” qəzetinin materialında deyilir.

Qəzet iddia edir ki, COVID-19 pandemiyası zamanı Putin özünü nisbətən liberal sayılan müşavirlərindən təcrid edib.

İddialara görə, o, ilk ayları Valday iqamətgahında köhnə dostu Mixail Kovalçukun yanında keçirib. Sonuncu "prezidenti öz tarixi missiyası haqqında düşünməyə” ruhlandırıb və onu Ukraynaya təcavüz etmək sövq edib..

Qəzetin yazdığına görə, işğalı hazırlayarkən Putin digər dostu, Ali Radadakı müxalifət partiyasının lideri və Ukraynanın keçmiş yüksək rütbəli məmuru Viktor Medvedçukun sözlərinə inanıb. Guya o, prezidenti “ukraynalıların Rusiya ordusunu “açıq qollarla” qarşılayacağına” inandırıb. Plana görə, Medvedçuk Ukraynanı işğaldan sonra idarə etməli imiş, onu dəstəkləmək üçün ölkənin keçmiş prezidenti Viktor Yanukoviçin videomüraciəti də hazırlanıbmış.

Planı Federal Təhlükəsizlik Xidməti də dəstəkləyib. Lakin iddialara görə Xarici Kəşfiyyat Xidməti və Baş Qərargah buna qarşı çıxıb. Nəşrin mənbəsinə görə, hətta Təhlükəsizlik Şurasının katibi Viktor Patruşev də işğal ideyasını dəstəkləməyib, lakin Putin onlara mövzunu daha yaxşı bildiyini söyləyib.

Qəzet iddia edir ki, Putin administrasiyasının və hökumətin iqtisadi qanadaının çoxu dostlarına müharibəyə qarşı olduqlarını, lakin özlərini gücsüz hiss etdiklərini bildiriblər. Artıq müharibə gedişində bəzi liberal yönümlü yüksək rütbəli məmurlar prezidenti işğalı dayandırmağa çağırıblar, lakin o, ətrafına Rusiyanın böyük bədəl ödədiyini başa düşdüyünü, buna rəğmən özünü haqlı hiss etdiyini deyib.

Kremlə yaxın mənbələrin sözlərinə görə Putinin Ukraynada qalib gəlmə həvəsi və istəyi, Qərbin Ukraynaya dəstəyndən daha çoxdur.

Hətta rus oliqarxlarından biri xarici işlər naziri Sergey Lavrovdan Putinin işğala hazırlaşarkən nə üçün müşavirlərə qulaq asmadığını da soruşub.

İddialara görə, Lavrov müharibənin başlaması barədə qərarın verilməsindən bir neçə saat qalmış xəbər tutub. (ki inandırıcı görünmür-red.)

"Hazırda Putinin üç müşaviri var": "İvan Qroznı. I Pyotr. II Yekaterina",-deyə Lavrov həmin oliqarxa cavab verib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR