İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransız şirkəti ilə bağlı SENSASİON ARAŞDIRMA: Rusiya ordusunu...

Ukraynaya genişmiqyaslı müdaxilənin ilk günlərindən Rusiyanın “Auchan” hipermarketlər şəbəkəsi humanitar yardım adı altında işğal olunmuş rayonlarda rus hərbçiləri müxtəlif şəkildə təmin edir.

Musavat.com xəbər verir ki, bunun bağlı “The Insider”, “Le Monde” və “Bellingcat” birgə məlumat yayıblar.

Baş ofisi Fransada yerləşən “Auchan” bir çox digər xarici şirkətlərdən fərqli olaraq müharibə başlayandan sonra Rusiyanı tərk etməyib. Araşdırma nəticəsində əldə olunan informasiyaya əsasən, Ukraynada döyüşən rus hərbçilərinə həm “Auchan”ın öz anbarlarından, həm də könüllülər tərəfindən mağazalar şəbəkəsinin ərazisində toplanan ərzaq Rusiya ordusuna göndərilib. Bundan əlavə, “Auchan” hərbi komissarlıqlara işçilərini səfərbər etməkdə köməklik edib. Halbuki şirkət məhz işçilərinin “qayğısına qaldığı” üçün Rusiya bazarını tərk etmək istəmədiyini bildirmişdi.

Araşdırma müəllifləri “Auchan” menecerlərinin yazışmalarını və bəzi sənədləri dərc ediblər. Məlum olub ki, “Auchan” tərəfindən qondarma humanitar yardım adı altında kişilər üçün nəzərdə tutulan ülgüc, paltar və hətta siqaret cəbhəyə göndərilib. Burada onlara icra orqanlarının strukturları ciddi kömək göstərib. Araşdırmada “Auchan”ın öz işçiləri haqqında məlumatları toplayıb hərbi komissarlıqlara ötürdüyü, səfərbərlik zamanı çalışanlara çağırış vərəqələrini birbaşa iş yerlərində çatdırdığı təsbit edilib. “Auchan”ın Rusiya rəhbərliyi məlumata şərh verməkdən imtina edib. Fransadakı mərkəzi ofis isə şirkətin siyasətdən kənar olduğunu və orduya heç bir dəstək vermədiyini söyləməklə kifayətlənib. Ukraynadakı “Auchan” araşdırmadan şoka düşdüklərini bildirib və mərkəzi ofisdən izahat tələb edib.

Qeyd edək ki, beynəlxalq standartlara görə, yalnız mülki əhaliyə göstərilən kömək humanitar yardım sayılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR