İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransanın "Robin Qudları" Makrona MEYDAN OXUYUR - Ölkə xaos içində

Fransada pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan qanun layihəsinə qarşı dövlət qulluqçuları və işçilər tərəfindən keçirilən etiraz aksiyaları davam edir.

Musavat.com xəbər verir ki, 11 min polisin vəzifəsini yerinə yetirdiyi etirazlar ölkədə həyatı iflic edib.

Fransanın enerji nəhəngi TotalEnergies-in əməkdaşlarının da üzv olduğu CGT həmkarlar ittifaqı işçilərin yüzdə 75-dən çoxunun tətilə qatıldığını açıqlayıb. Ölkə üzrə elektrik enerjisi istehsalı 4,4 faiz azalıb.

63da13c64e3fe119e8af2767.jpg (56 KB)

Bütün bu xaosun içində Fransanın ən böyük həmkarlar ittifaqlarının üzvü olan enerji sektorunun bəzi işçiləri Fransa prezidenti Emmanuel Makrona meydan oxuyaraq yeni tendensiyaya başlayıblar.

Britaniyanın xalq qəhrəmanı Robin Qudun adını daşıyan “Robin des Bois” hərəkatı çərçivəsində energetika sahəsinin işçiləri smart sayğacları söndürür, bütün ölkə üzrə məktəbləri, universitetləri və aztəminatlı ailələri pulsuz qaz və elektrik enerjisi ilə təmin edirlər.

Qeyri-adi etiraz Ukrayna müharibəsi başladıqdan sonra Avropada yaranan qaz böhranı fonunda keçirilir.

63da13a64e3fe119e8af2762.jpg (186 KB)

Aksiya əvvəlcə dinc yolla başlayıb, lakin tezliklə xaosa çevrilib, etirazçılar çevik qüvvət polisi ilə toqquşub və qarşıdurma yaşanıb.

 

Fransanın ən böyük həmkarlar ittifaqı olan CGT-nin baş katibi Frédéric Probel "Robin Qud" hərəkatının davam edəcəyini qeyd edib: "Hökumət pensiya islahatlarını geri götürməsə, biz davam edəcəyik və enerjini hər kəs üçün pulsuz edəcəyik"

"Bugünkü etirazların məqsədi güc balansının bir pillə irəlilədiyini və istəsək, ölkəni iflic edə biləcəyimizi göstərməkdir" - həmkarlar ittifaqının nümayəndəsi Qwenaël Plagne deyib.

63da13d74e3fe119e8af2769.jpg (76 KB)

Rəy sorğuları göstərir ki, fransızların əksəriyyəti pensiya islahatının əleyhinədir, lakin prezident Emmanuel Makron bu məsələdə geri çəkilməməkdə qərarlıdır. Makron qanun layihəsinə dəyişikliyin zəruri olduğunu bildirib.

Fransa əsas Avropa iqtisadiyyatları arasında ən aşağı pensiya yaşına malikdir. Hökumət bu dəyişikliyin gələcəkdə pensiya sisteminə maliyyə dəstəyinin davam etdirilməsi üçün vacib olduğunu deyir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR