İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransanı dördüncü isti hava dalğası bürüyüb

Fransada sabahdan etibarən bir həftə ərzində isti hava hökm sürəcək.

Musavat.com APA-ya istinadən xəbər verir ki, bəzi bölgələrdə temperaturun 40 dərəcəni keçəcəyi qeyd edilib.
Ölkədə üç həftədir isti hava şəraiti davam edir.

Meteroloqlar bazar ertəsindən avqustun 15-dək yeni isti hava dalğasının başlayacağını bildirilib.

Bəzi rayonlarda havanın temperaturunun 40 dərəcədən yuxarı qalxacağı proqnozlaşdırılsa da cənubda əsəcək isti küləklərin şimala doğru hərəkət edəcəyinə görə, güclü tufan xəbərdarlığı edilib.

İsti və quraq hava səbəbindən Morbian vilayətində eyni vaxtda 20 yanğın başlayıb.

Bəzi yanğınların geniş əraziyə keçməsinin qarşısı alınıb.

Hələlik yanğınların son vəziyyəti ilə bağlı rəsmi açıqlama verilməyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR