İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransada polisin öldürdüyü yeniyetmənin nənəsi iğtişaşların dayandırılmasını İSTƏYİR

Fransada polis tərəfindən öldürülən yeniyetmənin nənəsi iğtişaşların dayandırılmasını istəyir.

Musavat.com xəbər verir ki, bu barədə aksiyaların beşinci günü öldürülən 17 yaşlı yeniyetmənin nənəsi jurnalistlərə açıqlama verib.

“Biz iğtişaşçıların mağazaları, avtobusları və məktəbləri dağıtmasını istəmirik. Onlar Naheli bəhanə edirlər. Vəziyyətin sakitləşməsini istəyirik”,-deyə Nahelin nənəsi bildirib. 

Qeyd edək ki, Fransada Əlcəzairəsilli, Nahel M adlı 17 yaşlı yeniyetmən polis tərəfindən güllələnərək öldürülüb. Yeniyetmənin hüquq-mühafizə orqanının əməkdaşı tərəfindən qətlə yetirilməsi Nanterdə iğtişaşlara səbəb olub, sonradan Dijon, Lion, Marsel, Strasburq və Tuluza kimi digər böyük kommuna və şəhərlərə də yayılıb.  



İnsanlar avtomobilləri, komissarlıqları, polis və inzibati orqanların binalarını yandırır, təhsil qurumlarına ziyan vururlar. 17 yaşlı yeniyetməni qətlə yetirən polis isə saxlanılaraq nəzarətə götürülüb. O, güllələdiyi gəncin ailəsindən üzr istəyib.

Son məlumatlara əsasən ölkə boyu 719 nəfər saxlanılıb.

Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, etirazçılarla toqquşma zamanı 45 polis və jandarm yaralanıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR