İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransada “dəmir madam” epoxası

 

20-22 il öncə bir rus satirik yumoristik “Vokruq smexa” jurnalında belə bir zarafat etmişdi: “Bizim qəsəbədə cinsi azlıqlar çoxluq təşkil edirlər” (“Сексуальные меньшинства в нашем поселке составляют большинство”). Oxuyub gülürdük.

Heç ağlımıza da gəlmirdi ki, onlar belə artacaqlar və cəmiyyətdə üstün mövqelər tuta-tuta, özlərinə yer edə-edə irəliləyəcəklər. Cinsi azlıq nümayəndələri əvvəlcə telekanalları doldurdular, sonra bələdiyyə şuralarına seçildilər, deputat mandatı əldə etməyə başladılar. Bir də gördük, şəhər meri olanları var. Daha sonra hökumətdə nazir təyin edilənləri oldu. Bax, hazırda bir az da qabağa gediblər, onlardan biri - Qabriel Attal Fransa kimi ölkədə baş nazir postuna təyin edilib. Napoleonun, De Qollun xələfinə baxın...

İndi bəziləri deyəcəklər, lap yaxşı olub, ona qarşı çıxmaq homofopluqdur, insan haqlarına ziddir, filandır, bəhməndir.

Hərçənd hamı razılaşır ki, iki cinsin (qadın və kişi) dışında yerdə qalan orientasiyaların, təmayüllərin hamısı sapıqlıqdır. Üçüncü cins süni cünsdir, təbiətdə belə şey yoxdur. Heç bir heyvan fəsiləsində, növündə homoseksuallıq yoxdur. Bunu insanlar ya qapalı yerlərdə seksual aclıqdan, yoxluqdan, ya da harınlıqdan, toxluqdan uydurublar və inkişaf etdirə-etdirə, qoruya-qoruya gedirlər.

Son illər LGBT təmsilçilərinin nə qədər artdığının fərqindəsinizmi? Bu, təbii yolla artmır, sırf təbliğat, reklam, piar sayəsində artır. Bəzi insanlar hətta özlərini üçüncü cinsə aid edərək karyera qurmaq istəyirlər. O vaxt bəzi soydaşlarımız Avropa ölkələrindən siyasi sığınacaq almaq istəyən bir çox həmvətənlərinə özlərini homoseksualist kimi təqdim etməyi təklif edirmişlər, deyirmişlər ən etibarlısı budur, Avropa cinsi azlıqlarla tez qucaq açır. Bir xeylisi razılaşmayıb...

Taylandda cinsini dəyişdirib qadına çevrilən on minlərlə gənc oğlan var. Dolanışığın yolunu belə tapıblar, seks hərisi olan turistlərlə işləyirlər, ancaq bir uzun boylarına, bir də hülqumlarına (bilindiyi kimi, sözün əsl mənasında qadınlarda hülqum olmur) görə ifşa olunur, döyülürlər, ya da “qadın əlləri” ilə yekə-yekə kişiləri şillə-şapalağın altına salırlar.

Yenə kimsə deyəcək, gey olanda nə olar, siz Attalın cinsi orientasiyasına baxmayın, baş nazir kimi performansına baxın. Guya nə tort yeyəcək ki? Durduq yerdə emosional ovqata qapılacaq, isterik-isterik mübahisələr edəcək, həmişə özünü haqlı sayacaq, bir gün də Makrona acıq edib istefa verəcək, deyəcək, qəlbimi qırdın, Emma, mən gedirəm.

Kim düşünürsə ki, o, “dəmir madam” olacaq, yanılır, olmayacaq.

Bizə hələlik elə bir isti-soyuğu yoxdur, amma adam hərdən Fransanın, Hollandiyanın 10 il sonrasını fikirləşir: nə olacaq onların halı, necə doğub-törəyəcəklər? Neçə illərdir geri gedirlər, əhalinin sayı azalır. Hələ o qaradərilililər, miqrantlar olmasa tamam zay olarlar. Yenə köhnə və yeni “gəlmə”lərin hesabına demoqrafik fəlakətlə üzləşmirlər. Bir də cinsi orientasiyası düzgün olan madamlar fərasətlidir, müasir tibbin yardımı ilə körpə fransızlar doğurlar.

O gün Yutubda bir video vardı, turist madamlar Dominikana tətilə gedirlər, orada çimərlikdə atletik cüssəli gənc yerlilərlə (18-25 yaş) tanış olur, 20-25 gün əylənir, axırda da özləri ilə Fransaya gətirib onlarla ailə qururlar. Madamların film müəllifinə dediklərindən belə çıxır ki, Fransada kişilər zay olub gedib, ona görə belə edirlər.

Əlbəttə, bu, o demək deyil ki, müsyölər artıq tamamən sıradan çıxıblar və daha bir işə yaramırlar. O cür də deyil. Amma Fransada güclü cinsin zəiflədiyi, öz dominant mövqelərini əldən verdiyi göz önündədir. Tendensiya pis yön alıb.

Bura yazıram, skrin-şot edin, saxlayın, bir neçə ilə Avropanın o biri ölkələrində də prezident və ya baş nazirlər cinsi azlıq nümayəndələri olacaqlar və yeni-yeni qanunlar çıxaracaqlar, onlara yan baxanlara sanksiya-zad tətbiq edəcəklər.

Bəs bu Avropanı, bəşəriyyəti problemlərdən xilas edəcəkmi? Etməyəcək. Böyük ehtimalla Avropanın axırına elə bu üçüncü cinsin artaraq birinci cinsə çevrilməsi çıxacaq.

Yazını bir satirikin kəlamı ilə başlamışdıq, bir lətifə ilə də bitirək. Alman və rus turistlər kurortda rastlaşırlar. Oturub ordan-burdan, ölkələrindəki vəziyyətdən xeyli söhbət edirlər. Söhbət əsnasında alman turist deyir ki, təsəvvür elə, bizim şəhərin meri homoseksualistdir, amma yaxşı işləyir. Rus köksünü ötürüb deyir ki, sizdə yaxşıdır, bizim mer petuxun yekəsidir, pis işləyir.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR