İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa XİN Rusiya səfirinə arzuolunmaz şəxslərin siyahısını təqdim edib

Fransanın Xarici İşlər Nazirliyi Rusiyanın Parisdəki səfiri Aleksey Meşkova “persona non-grata” elan edilən rusiyalı diplomatların siyahısını təqdim edib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, səfirliyinin məlumatına görə, diplomatik missiyasının rəhbəri Parisin dost olmayan hərəkətinə etirazını bildirib.

“Aprelin 5-də Rusiya səfiri Fransa Xarici İşlər Nazirliyinə çağırılıb və orada ona uydurma bəhanə ilə “persona non-qrata” elan edilən rusiyalı diplomatların siyahısı təqdim olunub. Səfir isə öz növbəsində Fransa hakimiyyətinin qeyri-dost hərəkətinə kəskin etirazını bildirib və hadisənin hazırda onsuz da çətin olan Rusiya-Fransa münasibətlərinə birbaşa zərər vurduğunu vurğulayıb”, - deyə Rusiyanın Parisdəki səfirliyinin mətbuat xidmətindən bildiriblər.

Aleksey Meşkov, həmçinin Rusiyanın Parisin hərəkətlərinə adekvat cavab vermək hüququnu özündə saxladığını deyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR