İnsanlara hürriyət, millətlərə istiqlal!

"Fransa xalqlarımıza qarşı soyqırımı törədib"

Fransa insan haqları ölkəsi hesab edilir, lakin bizim ölkələrimizdə yerli xalqa qarşı müstəmləkə siyasəti aparır.

Bu barədə Martinikanın azadlığı partiyasının nümayəndəsi Luk Karole mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, Fransa xalqlarımıza qarşı soyqırımı törədib.

“Fransanın iqtisadiyyatını inkişaf etdirmək üçün onlardan qul kimi istifadə edilib. Nigeriya, Senaqal kimi ölkələr də müstəmləkəçiliyə məruz qalırlar. Onlar azad olmaq üçün mübarizə aparırlar”, - deyə o əlavə edib.

Qeyd edək ki, sabah Bakıda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Neokolonizalizm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfrans keçiriləcək.

Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb.

BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.//Trend

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR