İnsanlara hürriyət, millətlərə istiqlal!

Serenay ilə Hande məhkəmədə ağladı

Türkiyədə məşhur aktyor və aktrisaların meneceri, “ID Consultancy” şirkətinin sahibi Ayşe Barım bu gün hakim qarşısına çıxıb.

Musavat.com xəbər verir ki, məhkəmə zalında olan bütün məşhurlar “Xoş gəldin, Ayşe” deyərək alqışlamağa başlayıblar.

Prosesə qatılan Barım xəstə olduğunu bildirərək azadlığa buraxılmasını tələb edib.

Dinləməni izləyən Hande Erçel duyğulanaraq Serenay Sarıkayaya baxıb. Həbsxanada xəstə olduğu üçün arıqlayan Ayşenin son halı hər iki məşhuru ağladıb.

Qeyd edək ki, Türkiyə mediasında Ayşe Barımın aktrisalardan birini homoseksual müğənni ilə sevgili kimi təqdim etməsiylə bağlı məlumatlar yayılmışdı. Həmin müğənninin agentliyə və aktrisaya pul ödədiyi iddia edilmişdi. Onun Mert Demir, aktrisanın Serenay olduğu deyilirdi.

Bundan sonra İstanbul Baş Prokurorluğu tərəfindən “ID Consulting Limited” şirkətinin təsisçisi və ortağı, Serenay Sarıkaya kimi bəzi sənətçilərin meneceri olan Ayşe Barım haqqında sosial media platformalarında yayılan paylaşımlarda və xəbərlərdə yer alan iddialara dair istintaq başladılmışdı.

İstintaqın “iş azadlığının pozulması” və “şantaj” kimi iddialarla bağlı olduğu bildirilmişdi.

Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR