İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa vətəndaşları Göyçədə qəzaya düşdülər

Dünən, avqustun 21-də gecəyarısı Göyçə mahalında (Qeqarkunik) ağır qəza baş verib. Musavat.com erməni mediasına istinadən bildirir ki, saat 23:30 radələrində Tsovaqyuq-Şorja-Vardenis yolunun 25-ci km-də Fransa vətəndaşı Mavian Aksel Hovhannesin idarə etdiyi “Toyota 4Runner” markalı avtomobil Kotayk rayon sakini, 55 yaşlı Albert Marzumanyanın idarə etdiyi “Zil 131” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində “Toyota 4Runner” markalı avtomobilin sürücüsü və onun sərnişinləri – İrəvan sakinləri, 25 yaşlı Albert Kirakosyan və 26 yaşlı Artavazd Muradyan xəsarət alaraq Çəmbərək şəhər ambulatoriyasına yerləşdirilib.

Qəza ilə bağlı Geqarkunik rayonunun patrul xidmətinin batalyonundan məlumat Ermənistan İstintaq Komitəsinin Geqarkunik Regional İstintaq İdarəsinin Sevan İstintaq İdarəsinə ötürülüb, oradan növbətçi müstəntiqin başçılıq etdiyi istintaq qrupu gəlib.

Qəza faktı ilə bağlı Göyçə rayon İstintaq Şöbəsində cinayət işi başlanıb. Yaralanan iki Fransa vətəndaşının Göyçəyə hansı məqsədlə gəldiyi açıqlanmır.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR