Onlayn ictimai-siyasi qəzet
Fransa və Böyük Britaniya Ukraynada təhlükəsizlik zəmanəti kimi öz qoşunlarını yerləşdirmək məsələsini müzakirə edir.
Bu barədə “Azadlıq Radiosu” yüksək səviyyəli NATO rəsmisinə istinadən məlumat yayıb.
Məlumata görə, söhbət atəşkəs rejiminin monitorinqi üçün qoşunların təmas xəttində yerləşdirilməsindən gedir. Atəşkəs isə potensial olaraq danışıqlar nəticəsində əldə edilə bilər. Qeyd olunur ki, müzakirələr NATO çərçivəsində deyil, ayrı-ayrı paytaxtlar səviyyəsində aparılır.
Eyni zamanda, “Azadlıq Radiosu”na açıqlama verən NATO rəsmisi bildirib ki, Avropalı müttəfiqlərin Rusiya ilə Ukrayna arasında keçiriləcək sülh danışıqlarında iştirakını təmin etmək üçün dəstək mexanizmlərinin hazırlanması zəruridir. Bu danışıqlara isə ABŞ-ın keçmiş prezidenti Donald Tramp vasitəçilik edə bilər.
Musavat.com
03 Dekabr 2024
02 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ