Onlayn ictimai-siyasi qəzet
Fransa da Gürcüstan büdcəsinə birbaşa yardımı dayandırır.
Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Fransanın Gürcüstandakı səfiri Şeraz Qasri Bastiliyanın alınması günü münasibətilə keçirilən ziyafətdə deyib.
Bundan əvvəl Aİ-nin ümumi bəyanatından sonra Almaniya da oxşar bəyanatla çıxış etmişdi.
“Avropa Şurası belə qənaətə gəlib ki, Gürcüstanın Avropa İttifaqına daxil olması yolu de-fakto dayandırılıb. Bu, Gürcüstan hökumətinin hər kəsin bildiyi qərarlarının nəticəsidir. Bu səbəbdən biz Gürcüstan büdcəsinə birbaşa yardımımızı müvəqqəti dayandırmaq, vətəndaş cəmiyyətinə və mediaya yardımı artırmaq qərarına gəldik”, - deyə səfir jurnalistlərə bildirib.
Qarsi əlavə edib ki, “bütün sahələrdə dəstəyi” bərpa etmək üçün Gürcüstan hökuməti kursunu dəyişməlidir.
Musavat.com
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ