İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa Rusiya ilə müharibəyə HAZIRLAŞIR - Gizli plan İFŞA OLUNDU

Fransa hərbçiləri NATO ilə Rusiya arasında mümkün qarşıdurma ehtimalını nəzərə alaraq, Ukrayna və Moldova ilə sərhəddə yerləşən Rumıniya ərazisinin xəritələrini hazırlayırlar.

Musavat.com xəbər verir ki, bu barədə Fransanın nüfuzlu "Le Figaro" qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, 2024-cü ildə Fransa Quru Qoşunlarının yeganə hərbi topoqrafiya bölməsi olan 28-ci Əlahiddə Bölmənin hərbçiləri Rumıniyaya ezam olunublar. Missiyanın əsas məqsədi ərazinin xəritələrinin yenilənməsi olub.

Xüsusi diqqət NATO-nun strateji baxımdan önəmli hesab etdiyi Fokşani dəhlizinə yönəlib. Bu dəhliz Karpat dağları ilə Dunay çayı arasında yerləşir və Rusiya qoşunlarının mümkün irəliləyiş marşrutu kimi qiymətləndirilir.

Bölmənin komandiri, polkovnik Qiyom Şmidt bildirib ki, müharibə şəraitində qoşunlar hətta peyk naviqasiyası sistemləri sıradan çıxdıqda belə, fəaliyyətə hazır olmalıdırlar:

“Əvvəlcədən müəyyənləşdirilmiş yerüstü nişanlar hərbçilərə öz mövqelərini dəqiq təyin etməyə və tapşırıqları yerinə yetirməyə imkan verəcək”.

Digər fransız polkovniki Jerom isə bildirib ki, bu missiyanın əsas məqsədi müttəfiq qüvvələri mümkün döyüş sahəsi ilə bağlı yenilənmiş məlumatlarla təmin etmək olub. Onun sözlərinə görə, NATO qüvvələri silah sistemlərinin harada yerləşdirilə biləcəyini, texnikanın isə hansı marşrutlarla hərəkət edə biləcəyini əvvəlcədən müəyyənləşdirməlidir.

Fransız topoqraflar və Rumıniya Milli Kartoqrafiya Agentliyinin birgə əməkdaşlığı nəticəsində ərazinin üçölçülü xəritəsi hazırlanıb. Bu xəritə ordunun istifadəsi üçün yüksək dəyərə malik məlumatları özündə ehtiva edir və dəqiqlik baxımından kommersiya xəritəçəkmə xidmətlərindən üstündür.

“Xəritə bizə körpülərin və potensial keçidlərin dəqiq yerlərini müəyyənləşdirməyə imkan verir. Bu isə arxa cəbhə xidmətlərinin öz əsas vəzifələrinə diqqət yetirməsinə şərait yaradır”, - deyə Serjant Coanni bildirib.

Bundan əlavə, hərbçilər üçün strateji əhəmiyyət daşıyan infrastruktur obyektlərinin kataloqu və təxminən hər 5 kilometr məsafədə yerləşən orientirlərin siyahısı da tərtib olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Aprel 2025

12 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR