Onlayn ictimai-siyasi qəzet
Fransa rəsmiləri Rusiya prezidenti Vladimir Putinin Rusiya ərazisinə uzaqmənzilli silah zərbələri endiriləcəyi təqdirdə qaçılmaz hərbi eskalasiya ilə bağlı xəbərdarlığından qorxuya düşüb. Onlar Üçüncü dünya müharibəsinin başlamasının qarşısını almaq istəyirlər.
Musavat.com xəbər verir ki, bu barədə “Le Monde” qəzeti diplomatik mənbəyə istinadən məlumat yayıb.
“Biz Üçüncü Dünya müharibəsinin qarşısını almaq üçün mümkün olan hər şeyi etməliyik”, - deyə, nəşrin mənbəsi Rusiya prezidentinin müvafiq bəyanatlarını şərh edərkən bildirib.
Eyni zamanda Rusiya ərazisinin dərinliklərinə endirilən zərbələrlə bağlı mediada genişlənən müzakirələrə baxmayaraq, Paris rəsmi səviyyədə susmaqda davam edir.
Qəzet etiraf edir ki, müvafiq mövzu Fransa prezidenti Emmanuel Makronla ukraynalı həmkarı Zelenski arasında söhbət zamanı qaldırıla bilərdi, lakin Yelisey sarayı bu söhbətin olduğunu təsdiqləmir. Nəşr, həmçinin Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Litvinenkonun Parisə səfərini də xatırladır, səfər zamanı digər məsələlərlə yanaşı, bu mövzunun da müzakirə olunmalı olduğunu qeyd edir.
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ