İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa onu Ermənistana təhvil verməkdən imtina etdi

Fransa Sünik vilayətinin keçmiş qubernatoru Surik Xaçatryanı Ermənistana verməkdən imtina edib.

Musavat.com xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun erməni xidmətinin sorğusuna yerli Baş Prokurorluğun cavabında deyilir.

Prokurorluğun cavabında rəsmi İrəvanın təxminən bir ay əvvəl Parisdən rədd cavabı aldığı ortaya çıxıb. Fransanın Avropa və Xarici İşlər Nazirliyi Ermənistan Xarici İşlər Nazirliyi vasitəsilə xüsusi məktub yollayıb. Məktubdan anlaşıldığı üzrə, hələ 5 ay əvvəl Fransa məhkəməsi Xaçatryanın ekstradisiyası ilə bağlı müraciətə mənfi rəy veribmiş. Bu qərar “Ekstradisiya haqqında Avropa Konvensiyası”na əsaslandırılıb, fransız rəsmilərinin fikrincə, Xaçatryanın ekstradisiyası onun üçün son dərəcə ağır nəticələr verə bilər.

Ermənistan prokurorluğu Fransa məhkəmə orqanlarının rəyində hansı ağır nəticələrin qeyd olunduğunu dəqiqləşdirməyib. “Transparency International” qeyri-hökumət təşkilatının hüquqşünası Ayk Martirosyanın fikrincə, bu imtinanın arxasında təkcə hüquqi deyil, həm də siyasi motivlər dayanır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR