İnsanlara hürriyət, millətlərə istiqlal!

"Fransa müstəmləkəsində assimilyasiyaya məruz qaldıq" - Lombion

Fransa müstəmləkəsində assimilyasiyaya məruz qaldıq.

Musavat.com APA-ya istinadən xəbər verir ki, bu barədə Qvadelupe Qadınlar Birliyinin prezidenti Ketty Lombion noyabrın 21-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

“Bizim mübarizəmiz hələ də davam edir. Bütün həyatımızda müstəmləkənin nəticələrini görürük. Bundan ən çox qadınlar travma alıb. Şiddət və çətinliklə üzləşən qadınlar ayağa qalxaraq azadlıq tələb edib. Biz hələ də müstəmləkəyik və azad olmalıyıq. Qadınlarımız səlahiyyətləndirilməlidir. Davamlı şəkildə hazırkı situasiyanı dəyişməyə çalışırıq”, - o bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR