Onlayn ictimai-siyasi qəzet
Fransa və Litva arasında 18 ədəd “Caesar” özüyeriyən haubitsasının tədarükünə dair müqavilə imzalanıb.
APA-nın xəbərinə görə, bu barədə Fransanın silahlı qüvvələr naziri Sebastyan Lekornü litvalı həmkarı Arvidas Anusauskasla görüşdən sonra “Twitter“ səhifəsində məlumat verib.
“Nazir Anusauskasın səfəri çərçivəsində Litvanın ilə Fransanın “Nexter” şirkəti arasında 18 ədəd “Caesar” özüyeriyən haubitsasının tədarükü üçün müqavilə imzalanıb”, - Lekornü yazıb.
O, həmçinin qeyd edib ki, səfər müdafiə sahəsində Fransa-Litva əlaqələrinin daha da möhkəmlənməsinə imkan verib.
12 Oktyabr 2024
11 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ