İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa ilə bağlı ifşaedici faktlar açıqlandı

Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda elmi seminar keçirilib.

Musavat.com bildirir ki, İnstitutun baş direktoru, i.e.d., professor Nazim Müzəffərlinin sədrliyi ilə keçirilən tədbirə Qoşulmama Hərəkatı Gənclər Təşkilatından Beynəlxalq əlaqələr və donorlarla iş üzrə assistent Nailə Həbibzadə, Dövlət Qurumları ilə iş üzrə asistent Elmira Zeynalova, Gürcüstan Elmlər Akademiyasının xarici həqiqi üzvü Eldar İsmayılov, onlayn formada bir sıra ali təhsil müəssisələrinin əməkdaşları da qatılıblar.

İqtisadiyyat İnstitutunun Xarici iqtisadi fəaliyyətin tənzimlənməsi şöbəsinin müdiri, i.e.d., professor Fuad Qənbərov “Fransa müstəmləkəçiliyinin iqtisadi nəticələri” mövzusunda məruzə edib. Qeyd edib ki, Fransa tarixən müstəmləkəçiliyin “beşiyində dayanan” ölkələrdən olub, hələ 1524-ci ildə Afrikanın şimalında və qərbində 20-dən çox ölkədə müstəmləkə hakimiyyəti qurub. II Dünya müharibəsindən əvvəl Fransanın işğal etdiyi ərazilər 13,5 mln. kv. km idi və 300 il Afrikanın 35%-ni öz nəzarətində saxlayıb. Fransanın müstəmləkəçilik siyasəti 2 milyon afrikalının ölümünə səbəb olub. Təkcə Əlcəzairin müstəqillik mübarizəsində 1 milyon nəfərdən çox insan qətlə yetirilib. 1994-cü ildə Ruandada 800 min nəfər öldürülüb. Özü də bu siyasət çox soyuqqanlılıqla həyata keçirilib. Fransanın keçmiş prezidenti Fransua Mitteranın “o ölkələrdə soyqırım yaşanması o qədər də önəmli deyil” sözləri buna sübutdur.

F.Qənbərov qeyd edib ki, Fransa müstəmləkiçiliyinin iqtisadi, hərbi, siyasi və ideoloji məqsədləri var. İqtisadi məqsədlərə müstəmləkəçilik altında olan ölkələrin təbii sərvətlərini, qiymətli qızıl, mis, nikel, brilliyant və s. yataqlarını öz maraqlarına uyğun şəkildə istismar etmək daxildir. Hətta müxtəlif maliyyə alətləri vasitəsilə bu istismar dərinləşdirilib, 1945-ci ildə CFA frankı adlı pul vahidi buraxılıb və hazırda Afrikanın 14 ölkəsində qüvvədədir. Bununla yanaşı, bu ölkələrin valyuta ehtiyatlarının 50%-i Fransa Mərkəzi Bankında saxlanılır, ancaq onlar il ərzində həmin ehtiyatların yalnız 15%-dən istifadə edə bilərlər. Bu rezervlər çox cüzi  - 0,72 faiz gəlir gətirir. Həmin ölkələrin Fransa Mərkəzi Bankında 500 milyard dollardan çox ehtiyatları olsa da, beynəlxalq təşkilatlardan 7%-lə borc alırlar. Fransa hökumətinin tələbi ilə CFA frankı dövriyyədə olan ölkələr daxili tenderlərdə Fransa şirkətlərinə üstünlük verməlidirlər.

Müasir Fransa müstəmləkələri Yeni Kaledoniya, Fransa Polineziyası, Qvadelupa, Martinika, Fransa Qvianası, Reyunyon, Mayotta, Sen-Pyer və Mikolan, Sen-Berteleme, Sen-Marten və Uolls və Futonadır (ümumi ərazisi 112380 kv. km, əhalisi 2,8 milyon nəfərdir). Bu ölkələrin iqtisadi göstəricilərindən danışan tədqiqatçının sözlərinə görə, Yeni Kaledoniyada 2022-c ildə ÜDM 10,6 milyard ABŞ dolları, iqtisadi artım 3,5%, infilyasiya 3,84%, işsizlik 10,8%, ixrac 3,06 milyard, idxal 2,83 milyard dollar təşkil edib. 1 nəfərə düşən ÜDM-in həcmi 35745 USD təşkil etsə də, yerli əhali və Avropalılar arasında qeyri-bərabər bölünüb. Yerli əhali olan melaneziyalıların gəlirləri aşağı və işsizlik səviyyəsi yüksəkdir.

Yeni Kaledoniya nikel ehtiyatları ilə zəngindir, dünyada 5-ci yerdədir (7,1 milyon ton) və onun istismarı Fransanın iqtisadi maraqlarına xidmət edir. Yeni Kaledoniyanın ixracının həcmi 3,06 milyard dollar olsa da, Fransanın hərbi ehtiyacları üçün idxal etdiyi yanacaq (903,1 milyon dollar), nüvə başlıqları (331.9 milyon dollar) birbaşa Fransanın hərbi ehtiyacları üçün sərf edilir. Bu amil Fransa Polineziyasına da aiddir. Belə ki, burada idxal olunan malların tərkibinə 329,9 milyon dollarlıq yanacaq, 192,9 milyon dollarlıq nüvə başlıqları daxildir. (economics.org.az).  Sonra mövzu ilə bağlı geniş müzakirələr aparılıb, suallar cavablandırılıb. Bu sahədə elmi tədqiqatların aparılmasının zəruriliyi qeyd olunub. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR