Onlayn ictimai-siyasi qəzet
"Enerji təchizatını təmin etmək üçün Fransa Azərbaycana möhtacdır. Buna görə də rəsmi Parisin Bakı ilə münasibətləri korrektə etməsi vacibdir".
Musavat.com bildirir ki, bu barədə politoloq Zeynal Əmrəliyev sosial media hesabında qeyd edib.
Politoloq qeyd edib ki, Emanuel Makronun yanlış siyasəti Fransanın enerji sektorunda ciddi böhranın yaranmasına səbəb olub:
"Məsələ bundadır ki, dünyanın ən böyük atom enerji stansiyalarına malik olan Fransa bu stansiyaları fasiləsiz işlətmək üçün urana ehtiyac duyur. Fransa indiyə kimi bu uranı Afrikadan təmin edirdi. Ancaq rəsmi Parisin Afrika dövlətlərinə hələ də öz müstəmləkəsi kimi yanaşmasının nəticəsi olaraq, bu ölkələrin Fransa ilə münasibəti pisləşib. Buna görə də Yelisey sarayı gözünü dünyanın ən böyük uran istehsalçısı olan Qazaxıstana yönəldib. Fransa istifadə etdiyi enerjinin 63 faizini məhz atom elektrik stansiyaları hesabına əldə edir. Bu baxımından yeni mənbələr tapmaq Paris üçün önəmlidir.
Prezident Emanuel Makron qazax həmkarı Kasım Comərd Tokayevin Parisə səfərində bu fürsətdən istifədə edib. Makronun Tokayevlə görüşü zamanı Fransanın EDF şirkətinin Qazaxıstanda atom elektrik stansiyası tikmək niyyətindən bəhs edilib. Fransa Rusiya və Çinlə tikiləcək stansiyada birlikdə hərəkət etmək istəmir. Ancaq bu olduqca çətin görünür. Tokayev ölkəsinin balas siyasətini qorumaq üçün tikintidə bir neçə dövlətin iştirakını vacib sayır. Rusiyanın "Rosatom" şirkəti artıq atom elektrik stansiyasının tikintisi ilə bağlı qazax hökuməti ilə intensiv danışıqlar aparır. Eyni zamanda müxtəlif Çin şirkətləri də prosesdə aktiv şəkildə iştirak etmək istəyir. Rusiya və Çin stansiya tikintisini birlikdə həyata keçirmək istəyir. Ancaq Astana prosesdə Qərb dövlətlərinin də iştirakında maraqlıdır. Bu baxımdan Fransanın prosesdə iştirakı Qazaxıstan üçün əlverişlidir. Rəsmi Astana 2023 - cü ildə uran ixracından 2,46 milyard dollar təşkil edib ki, bu 2022 - ci illə müqayisə 3 dəfə çoxdur. 2024 - cü ildə bu rəqəmin xeyli artacağı proqnozlaşdırılır. Kasım Comərd Tokayev Fransaya uran ixracını o halda mümkün sayır ki, bu prosesdə "Orta dəhliz" lahiyyəsindən istifadə edilsin. Tokayev müzakirələr zamanı bu dəhlizin barədə danışıb və lahiyyənin əlverişliliyindən bəhs edib. Əgər uranın Qazaxıstandan Fransaya nəqli " Orta dəhliz " lahiyyəsindən istifadə ediləcəksə o zaman Azərbaycan ərazisindən istifadə ediləcək. Bu o deməkdir ki, enerji təchizatını təmin etmək üçün Fransa Azərbaycana möhtacdır. Buna görə də rəsmi Parisin Bakı ilə münasibətləri korrektə etməsi vacibdir".
Xalidə Gəray
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ