İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa bu halda Nigerdən qoşunlarını çıxaracaq - Makron AÇIQLADI

"Fransa Nigerdəki üsyançıları tanımır və yalnız devrilmiş prezident Məhəmməd Bazumun tələbi ilə qoşunlarını ölkədən çıxarmağa razı olacaq".

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron G20 sammiti çərçivəsində deyib.

Onun sözlərinə görə, fransız qoşunları Nigerin xahişi ilə bu ölkədə ​​yerləşdirilib:

"Əgər biz qoşunları yenidən yerləşdirsək, bunu prezident Bazumun tələbi və razılığı ilə edəcəyik".

Xatırladaq ki, iyulun 26-da Niger prezidenti Məhəmməd Bazum və həyat yoldaşı mühafizəçiləri tərəfindən saxlanılıblar. İyulun 27-nə keçən gecə ölkənin silahlı qüvvələri bütün dövlət qurumlarının işini dayandırıb, komendant saatı tətbiq edib və sərhədləri bağlayıb. Avqustun 30-da hakimiyyəti ələ keçirən hərbçilər Fransa ilə bütün müqavilələri ləğv etdiklərini elan edib və qoşunların çıxarılmasını tələb ediblər.

Qeyd edək ki, Niger Fransanın keçmiş müstəmləkəsidir. Ölkədə 1,5 minə yaxın fransız əsgəri yerləşdirilib.

Fransa prezidenti Emmanuel Makron Nigerdə hərbi əməliyyat olacağı təqdirdə ECOWAS-a dəstək verməyə hazır olacağını deyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR