İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa aviaşirkəti olimpiadaya görə 180 milyon avro İTİRDİ

Air France” aviaşirkətinin sahibi “Air France-KLM” holdinqi 2024-cü ilin yayında Parisdə keçiriləcək Olimpiya Oyunları ilə bağlı proqnozlaşdırılan itkilərini 160-180 milyon avro səviyyəsində qiymətləndirib.

Musavat.com xəbər verir ki, bu barədə “REN TV” məlumat yayıb.

Bildirilib ki, vəziyyətin belə olmasına səbəb “Transavia France” və “Air France” aviaşirkətlərinə Olimpiya Oyunlarının keçirilməsi ilə bağlı təzyiq faktoru olub.

Qeyd olunub ki, Parisə və Parisdən gələn sərnişin axını digər Avropa şəhərlərindən geri qalır. Holdinq Olimpiya Oyunları başa çatdıqdan sonra səyahətə tələbatın normallaşacağını gözləyir.

Xatırladaq ki, Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR