İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa ABŞ-a qarşı Avropanı sərt ticarət addımları atmağa çağırır

ABŞ tarifləri tətbiq edəcəyi təqdirdə Fransa Avropa İttifaqına ilk dəfə olaraq ticarət məcburiyyətinə qarşı mübarizə mexanizmi istifadə etməyi təklif edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Paris Brüsseli ABŞ-dan gələn potensial tariflərə cavab olaraq Avropa Birliyinin ən güclü ticarət mexanizmindən istifadə imkanlarını nəzərdən keçirməyə dəvət edib.

Bloomberg agentliyinin xəbərinə görə, söhbət Aİ-yə təzyiq göstərən ölkələrə qarşı istifadə oluna bilən iqtisadi məcburiyyətlə mübarizə üçün hüquqi alətdən gedir.

Bu mexanizm geniş spektrli tədbirləri nəzərdə tutur - ticarət və xidmət sahələrində məhdudiyyətlərdən tutmuş əqli mülkiyyət, xarici investisiyalar və dövlət satınalmaları sahəsində məhdudiyyətlərə qədər. Fransa israr edir ki, ABŞ prezidenti Donald Tramp Avropa ixracatına məhdudlaşdırıcı tədbirlər tətbiq etmək qərarına gələrsə, Aİ hərəkətə keçməyə hazır olmalıdır.

Alət əvvəlcə Aİ-ni üçüncü ölkələrin təzyiqindən qorumaq üçün yaradılıb, lakin praktikada hələ də istifadə olunmayıb. İndi Fransa Vaşinqtonla ticarət əlaqələrinin pisləşməsi halında ilk dəfə ondan istifadə etməyi təklif edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Mart 2025

22 Mart 2025

BÜTÜN XƏBƏRLƏR