İnsanlara hürriyət, millətlərə istiqlal!

Frankfurt-Vyetnam reysi ilə uçan təyyarə Bakı hava limanında təcili eniş edib

Frankfurt-Vyetnam reysini həyata keçirən hava gəmisi "Boeing B787" təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.

Bu barədə Musavat.com-a Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən bildirilib.

"Vietnam Airlines" aviaşirkətinin Frankfurt-Vyetnam reysini həyata keçirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib. Buna səbəb sərnişinin səhhətinin qəfil pisləşməsi olub.

"Boeing B787" təyyarəsi yerli vaxtı ilə saat 21:11-də Bakı hava limanına uğurla eniş edib.

Təyyarə eniş etdikdən sonra sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR