İnsanlara hürriyət, millətlərə istiqlal!

Frankfurt-Astana təyyarəsi Bakıya enib

"Lufthansa" aviaşirkəti Frankfurt-Astana marşrutu üzrə DLH-646 reysini yerinə yetirən təyyarəsini ehtiyat hava limanı - Heydər Əliyev Beynəlxalq Aeroportuna yönləndirib.

Bu barədə Musavat.com-a Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən məlumat verilib.

Buna səbəb təyinat hava limanında əlverişsiz hava şəraiti olub.

"Airbus A330" təyyarəsi yerli vaxtı ilə saat 20:50-də Bakı hava limanına uğurla eniş edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR