İnsanlara hürriyət, millətlərə istiqlal!

"Formula 1" pilotu və sevgilisi müəmmalı şəkildə öldü

Braziliyalı "Formula 1" yarış pilotu Duqlas Kosta və sevgilisi Mariana Giordano müəmmalı xəstəlikdən dünyasını dəyişib.

AZXEBER.COM Türkiyə KİV-ə istinadən xəbər verir ki, yarış pilotu Duqlas Kosta və sevgilisi Mariana Giordano iyunun 3-də qızdırma, ağrı və başlayan qırmızı səpgidən vəfat ediblər.

Duqlas həmin vaxt Mercedes-Benz avtomobilləri üçün keçirilən AMG Cup Brasil yarışmasında iştirak edib. Cütlüyün ölüm səbəbləri arasında dang xəstəliyi, ləkəli qızdırma və leptospiroz var.

Duqlas iyunun 9-da Itupevada, Mariana isə San-Pauluda dəfn edilib.

Cütlüyün Monte Verdedən kənarda infeksiyaya yoluxduğu düşünülsə də, bələdiyyə əhalinin sağlamlığını qorumaq üçün bütün lazımi epidemioloji araşdırmaları aparacağını bildirib. Ölüm səbəblərini müəyyən etmək üçün bioloji nümunələr iyunun 12-də Adolpho Lutz İnstitutuna göndəriləcək.

Qeyd edək ki, cütlüyün yaxınları və dostları onların vəfatından dərin hüznlə kədərləndiklərini bildiriblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR