Onlayn ictimai-siyasi qəzet
“Mənim baş nazirliyim dövründə Ukrayna NATO-ya daxil olmayacaq”.
Musavat.com xəbər verir ki, bu barədə Slovakiyanın baş naziri Robert Fitso yerli STVR telekanalına müsahibəsində bildirib.
Fitsonun sözlərinə görə, Ukraynanın Avropa İttifaqına qoşulmasına qarşı deyil. Lakin onun fikrincə, bunun üçün uzun müddət tələb olunur.
Slovakiya hökumətinin başçısının iddiasına görə, Ukraynanın NATO-ya daxil olması Üçüncü Dünya müharibəsi üçün əsas olacaq.
“Mən Slovakiya Respublikasının baş naziri olduğum müddətdə partiya sədri kimi üzərində siyasi nəzarətim olan deputatlara heç vaxt Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı sazişi təsdiq etdirməyəcəm. Hamıya məlumdur ki, yeni dövlətin NATO-ya üzvlüyü bütün üzv ölkəlrə tərəfindən ratifikasiya edilməlidir”, - deyə Robert Fitso qeyd edib.
Fitso Ukraynada müharibə bitdikdən sonra Rusiya ilə normal münasibətləri bərpa etmək istədiyini də bildirib.
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ