İnsanlara hürriyət, millətlərə istiqlal!

Firad Əliyev Prokurorluğun Fəxri Fərmanı ilə təltif edildi - FOTO

Azərbaycan Respublikası Hərbi Prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə xidməti vəzifələrini layiqincə və nümunəvi yerinə yetirdiyinə görə Baş Prokuror tərəfindən Azərbaycan Respublikası Prokurorluğunun Fəxri Fərmanı ilə təltif edilib.

Bu barədə Musavat.com-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Firad Fuad oğlu Əliyev Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavr təhsil pilləsini 2002-ci, magistr təhsil pilləsini 2004-cü ildə fərqlənmə diplomları ilə bitirərək hüquq fakültəsinin ən nümunəvi məzunu adına layiq görülüb.

Firad Əliyev 2005-ci ildən prokurorluq orqanlarına qulluğa qəbul edilərək, müstəntiq, böyük müstəntiq, prokuror köməkçisi, prokurorun böyük köməkçisi, prokuror, böyük prokuror vəzifələrində qulluq keçib. 2018-ci ildən hazırkı vəzifədədir.

firad.jpg (49 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR