Onlayn ictimai-siyasi qəzet
“Finlandiyanın NATO-ya daxil olması Rusiyaya qeyri-rəsmi müharibə elanıdır”.
Azpost.info xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının senatoru Andrey Klimov deyib.
“NATO Rusiyaya qarşı elan olunmamış müharibə aparır. Ona görə də bu şərtlər altında hər hansı dövlətin NATO-ya daxil olması əslində Rusiyaya qeyri-rəsmi müharibə elanı deməkdir”, – Klimov bildirib.
Onun sözlərinə görə, ABŞ səkkiz ildir ki, Finlandiyada Rusiyaya qarşı ictimai rəyi israrla dəyişdirməklə məşğuldur: “Nəticədə, 2021-ci ildə rəy sorğuları göstərməyə başladı ki, kifayət qədər finlandiyalılar bu addımın zəruriliyinə əmindirlər”.
08 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ