İnsanlara hürriyət, millətlərə istiqlal!

Finlandiyada enerjiyə qənaət kampaniyası başlayıb

Finlandiya hökuməti bu gündən etibarən gündəlik həyatda enerji qənaətinə yönələn “Astetta alemmas” (Bir dərəcə aşağı) adlı genişmiqyaslı kampaniyaya başlayıb.

AZƏRTAC Finlandiya mediasına istinadla xəbər verir ki, proqramın əsas məqsədi ölkənin enerji sistemində sabitliyin təmin olunması, enerji qiymətlərində artımının qarşısının alınması və uzunmüddətli perspektivdə elektrik enerjisi istehlakının azaldılmasıdır. Bunun üçün ən təsirli tədbirlər sırasında binalarda temperaturun aşağı salınması və isti suya qənaət edilməsi nəzərdə tutulub.

Bir sıra nazirliklər tərəfindən hazırlanan layihə həm ev təsərrüfatlarını, həm də dövlət qurumlarını, kompaniyaları və təşkilatları əhatə edəcək. Hökumətin məlumatına görə, artıq 541 subyekt enerji sahəsində öz üzərinə konkret öhdəliklər götürüb.

Sentyabr ayında keçirilən ictimai rəy sorğusunun nəticələrinə əsasən, ölkə əhalisinin 90 faizi enerjiyə qənaət edir.

Qeyd edək ki, bir müddət öncə Finlandiyanın “Fingrid” elektrik şəbəkəsi kompaniyası sentyabr ayında ölkədə elektrik enerjisi istehlakının ötən ilin analoji dövrü ilə müqayisədə 7 faiz azaldığı barədə məlumat yaymışdı.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR