İnsanlara hürriyət, millətlərə istiqlal!

Financial Times: Priqojin anasının adı ilə Britaniyada çirkli pulları “yumağa” nail olub

Biznesmen və “Vaqner” ÖHŞ-nin qurucusu Yevgeni Priqojin anasının adını verərək Böyük Britaniyada çirkli pulların yuyulması ilə bağlı yoxlamadan uğurla keçib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.

Qəzetin xəbərinə görə, Yevgeni Priqojin Britaniyanın “Discreet Law” adlı hüquq firmasının xidmətlərindən istifadə edir.

“Discreet Law” Prigojinin 2021-ci ildə “Bellingcat” saytını qurucusu Eliot Higginsə iddiasında onun hüquqlaırnı təmsil edir. Həmin sayt “Vaqner” ÖHŞ-ni Afrika, Yaxın Şərq və başqa bölgələrdə cinayətkar hərəkətlər törətməkdə ittiham edir.

“Discreet Law” müqavilə bağlanmazdan əvvəl Priqojinin şəxsiyyətini təsdiq edən sənədləri tələb edib. Bunu əvəzində biznesmenin vəkilləri onun pasportunun surətini və 83 yaşlı anası Violetta Priqojinanın adına verilmiş təbii qazın ödənilməsi ilə bağlı qəbzi göndəriblər. Britaniya şirkətinin vəkilləri sənədlərdən razı qaldıqlarını bildiriblər. “Discreet Law” bunu kifayət sayıb və hazırda sanksiyalar altında olan Priqojinin adından fəaliyyət göstərmək üçün dövlət qurumlarına müraciət edib.

“Discreet Law”un təsisçisi Rocer Gerşon müştərilərlə münasibətlərin məxfiliyini əsas gətirərək qəzetin suallarını cavablandırmaqdan imtina edib. Onun sözlərinə görə, şirkətin mövqeyi hüquqi və peşəkar öhdəliklərə əməl etməkdir.

Böyük Britanyanın müxalifətdəki Leyboristlər partiyasının nümayəndəsi, deputat Marqaret Hodc hüquq firmasının “belə bir müştəri”ini müdafiə etməsini hədsizlik adlandırıb. “Rusiya hərbi komandirinin qoca anasının qaz pulundan istifadə etməklə pulların yuyulması ilə bağlı bütün şübhələrdən yayınması gülüncdür”,-deyə, o qeyd edib. Britaniyalı deputatın fikrincə, hüquq firması müştəriləri ilə bağlı məlumatları daha dərindən yoxlamalı idi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR