Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, "Yeşilçam"ın unudulmaz simalarından biri olan Filiz Akın 82 yaşında müalicə aldığı xəstəxanada vəfat edib.
Musavat.com “Haber Global”a istinadən xəbər verir ki, onun həyat yoldaşı Sönməz Köksal, Akının vəsiyyətinə uyğun olaraq Aşiyan qəbiristanlığında sakit şəkildə dəfn edildiyini açıqlayıb.
Qeyd edək ki, Türkan Şoray, Hülya Koçyiğit və mərhum sənətçi Fatma Giriklə birlikdə "Yeşilçam"ın "Dörd Yarpaqlı Yoncası" kimi qəbul edilən Filiz Akın uzun müddət sağlamlıq problemləri ilə mübarizə aparırdı.
Akının vəfatı sənət aləmini və sevənlərini dərin kədərə boğub.
Səhiyyə Nazirliyinin sosial media hesabında yayımlanan başsağlığı mesajında bildirilir:
"Türk kinematoqrafiyasının nadir isimlərindən biri olan Filiz Akın bir müddətdir müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Kino tariximizdə unudulmaz izlər qoyan Filiz Akına Allahdan rəhmət, ailəsinə, yaxınlarına və sənət camiəsinə başsağlığı diləyirik".
"Sevimli həyat yoldaşım, ömür-gün yoldaşım Filizi (Akın Köksal) uzun sürən xəstəlikdən sonra 21 mart gecəsi itirdim. Onun vəsiyyətinə uyğun olaraq bütün dini ayinlər yerinə yetirilərək, yalnız ən yaxın ailə üzvlərinin iştirakı ilə bu gün Aşiyanda torpağa tapşırıldı. Bütün sevənlərinə başsağlığı diləyirəm...", – Aktrisanın həyat yoldaşı Sönməz Köksal paylaşımında yazıb.
Musavat.com
25 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ