Onlayn ictimai-siyasi qəzet
FIFA Türkiyənin "Giresunspor" komandasına transfer qadağası qoyub.
"Report" yerli mətbuata istinadən xəbər verir ki, buna Superliqa təmsilçisinin sabiq futbolçusu Jan Pyerlə əməkdaşlığı pozması səbəb olub.
Klub xərçəng xəstəliyi diaqnozu qoyulan braziliyalı yarımmüdafiəçinin müqaviləsini ləğv etdiyi üçün cəzalanıb.
"Giresunspor" qarşıdakı 2 transfer pəncərəsində heyətinə yeni futbolçular qata bilməyəcək. Bundan başqa, klub 765 000 avro məbləğində cərimələnib.
23 Sentyabr 2024
22 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ