İnsanlara hürriyət, millətlərə istiqlal!

FIFA prezidenti: "Futbol dünyası şok vəziyyətinə düşüb"

"İndoneziyada baş verən faciəvi hadisələrdən sonra futbol dünyası şok vəziyyətinə düşüb".

"Report" xəbər verir ki, bunu FIFA prezidenti Canni İnfantino "Arema" və "Persebaya" komandaları arasında keçirilmiş İndoneziya çempionatının XI tur matçından sonra baş verənlərə münasibət bildirərkən deyib.

52 yaşlı funksioner bunun futbolla məşğul olan hər kəs üçün qara gün və faciə olduğunu bildirib:

"Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Bütün düşüncələrimiz və dualarımız hadisə qurbanlarının, xəsarət alanların yanındadır".

Qeyd edək ki, oyun "Persebaya"nın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdən sonra "Arema" azarkeşləri ilə polis arasında qarşıdurma baş verib. Nəticədə 174 nəfər dünyasını dəyişib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR