İnsanlara hürriyət, millətlərə istiqlal!

Fidan: Türkiyə ilə Aİ arasında əlaqələrin intensivləşməsi ümumi maraqlara cavab verir

Türkiyə ilə Avropa İttifaqı arasında əlaqələrin intensivləşməsi ümumi maraqlara cavab verəcək.

"Report"un Türkiyə mətbuatına istinadən verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Aİ xarici işlər nazirlərinin Brüsseldə keçirilən qeyri-rəsmi görüşündən sonra deyib.

O, Türkiyənin bu görüşə dəvət olunmasını “əlverişli tendensiya” kimi qiymətləndirib və bildirib ki, görüş zamanı əlaqələrin daha da inkişaf etdirilməsi yolları, eləcə də qlobal və regional məsələlər üzrə əməkdaşlıq ətraflı müzakirə olunub.

“Bu gün Aİ ölkələrindən olan demək olar ki, bütün həmkarlarım Aİ ilə Türkiyə arasında məsləhətləşmələrin dərinləşdirilməsinin zəruriliyini, həmçinin Türkiyə ilə bütün sahələrdə, xüsusən də xarici siyasət, təhlükəsizlik və müdafiə məsələlərində dialoqun vacibliyinə toxunublar. Rusiya-Ukrayna, Qəzza, Suriya, İraq, Yaxın Şərq, Afrika və Cənubi Qafqazdakı münaqişələrdə Türkiyənin mühüm rolunu vurğuladılar”, - H.Fidan qeyd edib.

Onun sözlərinə görə, bunun üçün ilk növbədə 2019-cu ildə dayandırılmış dialoq mexanizmlərini, o cümlədən Gömrük İttifaqı haqqında sazişin yenilənməsi məsələsini yenidən işə salmaq lazımdır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR