İnsanlara hürriyət, millətlərə istiqlal!

FHN: Məktəbdə yanğının söndürülməsinə güclü külək mane olur

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində orta məktəb binasında yanğın baş verməsi barədə məlumat daxil olub və məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal çağırış üzrə cəlb olunub.

Bu barədə Musavat.com-a FHN-ə istinadən xəbər verir.

Hazırda yanğınla mübarizə tədbirləri davam edir.

Yanğının söndürülməsinə müşahidə olunan güclü külək və məktəbin dam örtüyünün bəzi yerlərdə taxta konstruksiyalardan ibarət olması mane olur. İnsan həyatı və sağlamlığı üçün hər hansı təhlükə yoxdur.

Əlavə məlumat veriləcək.

****

Bakı Şəhər Təhsil İdarəsi məktəbdə baş verən yanğınla bağlı məlumat yayıb.

Musavat.com xəbər verir ki, məlumatda deyilir:

"İyunun 28-də təxminən saat 16:30 radələrində Bakı şəhəri Sabunçu rayonu 68 nömrəli tam orta məktəbdə naməlum səbəbdən yanğın baş verib. Yanğın məktəbin əsas tədris binasının 2-ci mərtəbəsində olduğu bildirilir. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri cəlb olunub və hazırda yanğına müdaxilə prosesi davam edir. Məktəb rəhbərliyinin məlumatına əsasən xəsarət alan yoxdur".

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində orta məktəb binasında yanğın olması barədə məlumat daxil olub.

Nazirlikdən Musavat.com-a verilən məlumata görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR