İnsanlara hürriyət, millətlərə istiqlal!

FHN-in növbəti humanitar yardımı Türkiyəyə yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin növbəti yardımların qardaş ölkəyə yola salınıb. 

Musavat.com “Report”a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında FHN-in Mülki Müdafiə Qoşunlarının Mühəndis Xidmət rəisinin müavini polkonik-leytenant Yasin Musayev məlumat verib. 

Onun sözlərinə görə, 9 yük avtomobil karvanı Türkiyənin zəlzələ bölgəsinə yola düşüb: "Nazirliyə məxsus xüsusi təyinatlı nəqliyyat vasitələri ilə yola salınan humanitar yardıma dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün 1015 çadır, 240 soba daxildir".

FHN rəsmisi bildirib ki, 9 yük avtomobilini bir müşahidə nəqliyyat vasitəsi müşaiyət edir: "Artıq bu quru yolla qardaş ölkəyə göndərilən üçüncü humanitar yarım karvanıdır".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR