İnsanlara hürriyət, millətlərə istiqlal!

Fevral - Paşinyan layihəsinin yararsız olduğunu sübut etdi

Keçirilən qar yağışları səbəbindən Ermənistanda ağırtonnajlı nəqliyyat vasitələri üçün yolların əksəriyyəti bağlanıb. Hətta İrana aparan yol da bağlanıb ki, bu da olduqca nadir hallarda baş verən hadisədir.

Bu fonda son günlər Nikol Paşinyan tərəfindən aparılan "Dünyanın kəsişmə nöqtəsi" adlı beynəlxalq PR kampaniyası olduqca uğursuz görünür.

Davos və Vaşinqtona səfəri zamanı Ermənistanın baş naziri Nikol Paşinyan bacardığı qədər bu təşəbbüsünü reklam edib. O, "kəsişmə nöqtəsinin" regional tranzit üçün xilasedici olduğunu və indiyədək həyata keçirilməməsinin əsas problem olduğunu sübut etməyə çalışıb. Paşinyan bu layihəyə investisiya qoymağa çağırıb və iddia edib ki, onsuz Avropa-Asiya tranziti mövcud qala bilməz. Onun sözlərindən belə çıxırdı ki, hazırda regionda effektiv və sərfəli tranzit imkanları yoxdur və yalnız "Dünyanın kəsişmə nöqtəsi" vəziyyəti dəyişə bilər. Yeganə çatışmayan məqam - investisiyadır.

Bəli, İrəvanın bu cür nəhəng bir layihəni həyata keçirmək üçün kifayət qədər vəsaiti yoxdur. Çünki burada sadəcə birbaşa magistral inşa etmək kifayət etməz, həmçinin mürəkkəb relyef şəraitində yollar çəkmək, körpülər, tunellər və digər mühəndis qurğuları inşa etmək lazımdır. Ermənistan ərazisinin böyük hissəsi dağlıq olduğuna görə dəmir yolu xətlərinin çəkilməsi qeyri-mümkündür. Üstəlik, hətta yaxşı hava şəraitində belə dağ yolları ağır yük karvanlarının hərəkəti və Şərq-Qərb arasında mübadilə edilən yük həcmlərinin daşınması üçün əlverişsizdir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Mart 2025

BÜTÜN XƏBƏRLƏR