İnsanlara hürriyət, millətlərə istiqlal!

Fərqanədə karaoke kafesində baş verən yanğında 6 nəfər ölüb

Özbəkistanın Fərqanə şəhərində karaoke kafesində baş verən güclü yanğında 6 nəfər ölüb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Özbəkistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin Telegram kanalının verilən məlumata görə, daha 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, hadisə şənbə günü, iyulun 29-da səhər saatlarında Fərqanə şəhərinin Sayilqox küçəsində dördmərtəbəli binanın zirzəmisində yerləşən kafedə baş verib.

Şəhərin fövqəladə hallar xidmətinə məlumat saat 11:39-da daxil olub. Hadisə yerinə 6 yanğınsöndürmə briqadası gedib və saat 11:56-da yanğın tam söndürülüb.

Həmçinin bildirilir ki, hadisənin araşdırılmasına nəzarət etmək və zərərçəkənlərə yardım göstərmək üçün Özbəkistan prezidenti Şavkat Miriziyayevin göstərişi ilə ölkənin baş nazirinin müavininin rəhbərlik etdiyi hökumət komissiyası Fərqanə vilayətinə gedib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR