Onlayn ictimai-siyasi qəzet
Rus reperi və TikTok fenomeni Viktoriya Lerman evinin hamamında qaynar suyun altında huşunu itirdikdən sonra faciəvi şəkildə həyatını itirib.
32 yaşlı Viktoriya Lerman Rusiyanın Krasnoyarsk diyarının Açinsk şəhərindəki evində partnyoru tərəfindən ölü tapılıb. Saatlarla krandan axan həddindən artıq isti suyun altında qalan qadının bədəni ciddi yanıq xəsarətləri alıb.
İlkin araşdırmalara görə, fevralın 9-u gecəsi isti vannaya girən Viktoriya şiddətli yanıq ağrısından şoka düşərək huşunu itirib.
Huşunu itirdikdən sonra üzü birbaşa krandan axan qaynar suyun altına düşüb. Həddindən artıq isti suya saatlarla məruz qalan gənc qadın dəhşətli şəkildə həyatını itirib. Onunla birlikdə yaşayan partnyoru saatlar sonra içəri daxil olduqda Viktoriyanı hamamda cansız halda tapıb və dərhal təcili yardıma xəbər verib. Lakin gənc qadının bədəni dəhşətli şəkildə deformasiya olunub.
Rəsmilər hadisənin qəza nəticəsində baş verdiyini bildirsə də, Viktoriyanın yaxınları bu faciənin arxasında qətlin ola biləcəyini düşünürlər. Hadisəni araşdıran orqanlar, hadisənin baş verdiyi mənzildə narkotik maddə aşkar edildiyini açıqlayıb.
Krasnoyarsk diyarı İstintaq Komitəsinin verdiyi məlumata görə, Viktoriyanın partnyoru narkotik istifadə edib və şübhəli şəkildə dəfn mərasiminə qatılmayıb. Bundan əlavə, Viktoriyanın "ürək problemləri" olduğu iddia olunsa da, bunun ölümə təsir edib-etmədiyi məlum deyil. Polis qətl ehtimalını istisna etmir və gənc qadının dəqiq ölüm səbəbini müəyyən etmək üçün tibbi ekspertiza nəticələrini gözləyir./Lent.az
22 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ