İnsanlara hürriyət, millətlərə istiqlal!

Fəhlələr üçün ən pis 10 ölkə - Azərbaycan o sırada yoxdur

Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) builki qlobal hüquqlar indeksinin hesabatına görə, fəhlələr üçün ən pis 10 ölkənin adı çəkilib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, hesabata görə, 2023-cü ildə fəhlələr üçün ən pis 10 ölkə Banqladeş, Belarus, Ekvador, Misir, Esvatini, Qvatemala, Myanma, Tunis, Filippin və Türkiyə olub.

Hesabatın Türkiyə ilə bağlı hissəsində bildirilir ki, fəhlələrin azadlıq və hüquqlarına təzyiqlər bu il də davam edib: polis etirazları yatırdıb və həmkarlar ittifaqı rəhbərləri saxlanılıblar, ayrıca işəgötürənlər təşkilatlanmağa çalışan işçilərə müdaxilə ediblər.

Hesabatda Myanma, Honq-Konq, Dominikan Respublikası, Hindistan və Türkiyə həmkarlar ittifaqı liderlərinin həbs edildiyi və ya saxlandığı ölkələr siyahısına salınıb.

Qlobal işçilərin hüquqlarına dair hesabatda diqqət çəkən məqamlardan bəziləri aşağıdakılardır:

10 ölkədən 9-u tətil hüququnu pozub. Kanada, Toqo, İran, Kamboca və İspaniyada işçilər tətil qərarlarından sonra cinayət təqibi və ya işdən çıxarılma ilə üzləşiblər.

Ölkələrin 77 faizi işləyən insanları həmkarlar ittifaqı yaratmaq və ya üzv olmaq hüququndan məhrum edib. Miqrantlar, yerli və müvəqqəti işçilər, qeyri-rəsmi iqtisadiyyatda çalışanlar, platforma fəhləlri və xüsusi iqtisadi zonalarda çalışan işçilər birləşmək azadlığı hüququndan məhrum edilib.

Maraqlıdır ki, hesabatda Rusiya, Azərbaycan, Ermənistan kimi ölkələr yoxdur, ya da son onluqda deyillər. Çünki bu ölkələrdə də zəhmətkeşlərin həmkarlar ittifaqı yaratmaq sahəsində problemlər var.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR