İnsanlara hürriyət, millətlərə istiqlal!

Federal Təhlükəsizlik Xidmətindən “Vaqnerçi”lərə ÇAĞIRIŞ: Priqojini saxlayın!

“Vaqner” Xüsusi Hərbi Şirkətinin döyüşçülərini Yevgeni Priqojinin cinayət əmrlərini yerinə yetirməməyə və onun tutulması üçün tədbirlər görməyə çağırırıq”.

Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin yaydığı bəyanatda qeyd olunub.

Bildirilib ki, Priqojinin bəyanatları və hərəkətləri Rusiyada silahlı vətəndaş qarşıdurmasının başlaması və hərbçilərin “kürəyinə bıçaq zərbəsi” endirmək çağırışlarıdır.

Qeyd olunub ki, Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələri ilə təmas xəttində döyüş tapşırıqlarını yerinə yetirməkdə davam edir./Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR