İnsanlara hürriyət, millətlərə istiqlal!

Fazil Mustafa: “Yerində olmayan məmurlar kifayət qədər çoxdur”

Deputat Fazil Mustafa plenar iclasdakı çıxışında həmkarı Vahid Əhmədovun məmurları tənqid etməsinə haqq qazandırdı. O da bildirdi ki, prezidentə çıxmadan bir çox məsələləri həll etməyin mümkünsüzlüyü qənaətindədir. F.Mustafanın sözlərinə görə, bu günlərdə prezident ibrətamiz sözlər söylədi ki, bir sıra məsələləri məndən gizlədilir, mənə çatdırılmır.

Deputat qeyd etdi ki, prezidentin ürək ağrısı ilə dediyi sözlərin məmurlar tərəfindən qəbul olunacağına əmin deyil.

F.Mustafa bir sıra hallarda ölkəyə faydalı layihələrin qarşısının alındığını da söylədi: “İtaliyalı iş adamı bizim ölkəyə pul xərcləməyə gəlib, onu niyə geri qaytarırsan ki, get, İstanbulda test ver, qayıt?! Yerində olmayan məmurlar kifayət qədər çoxdur. Onlar ölkə prezidentini də məlumatlandırmırlar”.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR