İnsanlara hürriyət, millətlərə istiqlal!

Fazil Mustafa üsyan etdi: "Fransadakı səfirlərimizin heç şəxsi dostu, tanışı da yoxdur?”

Deputat Fazil Mustafa Milli Məclisdəki çıxışında bildirdi ki, ötən iclasda Fransa Milli Assambleyasının qətnaməsinə çox kəskin münasibət bildirildi, etiraz ifadə olundu, amma müzakirələrdə biz həm də özümüzə aid olan yarıtmazlıq barədə bir kəlmə danışmadıq.

F.Mustafa yarıtmazlıq haqda izahat verdi: “Necə ola biklər ki, bir parlamentdə 256 nəfər hamısı Azərbaycan əleyhinə səs verdi? 30 ildir orda bizim diplomatik korpusumuz fəaliyyət göstərir. Yəni ordakı səfirlərimizin heç 1-2 şəxsi dostu, 5-6 tanışı da yoxdur?”

Deputat qeyd etdi ki, bir çox hallarda bu istiqamətdə fəaliyyət göstərən insanlar öz işlərinin öhdəsindən gəlmirlər, sadəcə, günlərini keçirirlər.

Millət vəkili qeyd etdi ki, bizdə Azərbaycanın tanıdılması ilə bağlı büdcədən xeyli vəsait ayrılır. Deputat sual etdi: "Buna nə ehtiyac var? Azərbaycan Prezidenti onsuz da öz çıxışları ilə dövlətimizi tanıdır. Diplomatik korpus ən azı orda olduğu 5 il müddətdə ordakı insanlarla əlaqələr qurmağı bacarmalıdır. Onlar qayıdıb gələndən sonra soruşulmur ki, sən bu müddətdə orda nə iş gördün? Öz üzərimizə düşən vəzifələri icra etsək, gələcəkdə belə hallar təkrar olunmaz”.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR