İnsanlara hürriyət, millətlərə istiqlal!

Fazil Mustafa: “Bu ləkə İranın üzündə daim qalacaq”

Son vaxtlar İran mətbuatında, mediasında Azərbaycan dövlətinin rəhbərliyi, ayrı-ayrı məmurların ünvanlarına təhqiramiz fikirlər səslənməkdə, davranışlar nümayiş olunmaqdadır.

Bəs İran rejiminin bu həyasızlığına Azərbaycan tərəfi necə cavab verməlidir?

“İran təkcə Azərbaycan dövlətinin rəhbərliyini deyil, peyğəmbəri, onun qadınını, səhabələrini, silahdaşlarını da təhqir edir. Yəni eyni davranış sərgiləyirlər”.

Bu sözləri millət vəkili Fazil Mustafa mövzu ilə bağlı Musavat.com-a açıqlamasında deyib.

Millət vəkili qeyd edib ki, İran rejiminin düşüncəsində söyüş, təhqir sanki milli adətə çevrilib:

“İslam kimi nəhəng din belə onların əxlaqında, tərbiyəsində müsbət dəyişikliklər yarada bilməyib. Ona görə də İran rejiminin atdığı bu cür addımlara biz yalnız doğru-dürüst mövqeyimiz, prinsiplərimiz ilə cavab verməliyik. Bu prinsiplər onları həddən artıq özündən çıxarır. Onlar elə hərəkətlərə yol verirlər ki, normal məntiqlə onu heç kim etməz. Beləliklə, hesab edirəm ki, İran rejiminin bu cür davranışlarına çox da fikir vermək lazım deyil. Əgər fikir versək, onda gərək başqa işlə məşğul olmayaq. Azərbaycan səfirliyində törədilən terror aktı, səfirliyimizin əməkdaşının öldürülməsi, bütün bunlar da İranın üzündə olan bir ləkədir və bu ləkə daima qalacaq. İran bununla səfir öldürən, səfirliyə hücum edən etibarsız dövlətə çevrilib”.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR