İnsanlara hürriyət, millətlərə istiqlal!

Fazil Mustafa: “Biz yarımçıq problemləri həll etmədikcə...”

Deputat Fazil Mustafa Milli Məclisin iclasındakı çıxışında ölkə daxilindəki problemlərdən bəhs etdi və ciddi arqumentlər sadaladı. O, bildirdi ki, ölkə başçısı bir çox hallarda xaricə və daxilə ünvanlı fikirlər səsləndirir: “Amma xaricə səsləndirilən fikirlər daha çox eşidilir, nəinki daxilə səsləndirilənlər”.

F.Mustafa dedi ki, dövlət başçısı səlahiyyətli nümayəndələr təyin etdikdən sonra icra hakimiyyətləri ilə bağlı məsələ gündəmdədir, həmçinin çevik idarəçiliklə bağlı məsələ aktualdır. “Azərbaycan yarımçıq qalmış probelmlər ölkəsinə çevrilir”, deyən deputat bu sırada Qarabağdan başlamış, məhkəmə sistemi, turizm və sair məsələlərdən bəhs etdi: “Biz qərar qəbul etdik ki, 6-cı uşağı tamam olan uşağa müavinət verilməlidir. Nazirlər Kabineti qərar qəbul etdi ki, müavinət uşağın 1 yaşı tamam olduqdan sonra veriləcək. Belə əsaslandırırlar ki, qoy görək uşaq sağ qalacaq, yoxsa yox? Biz bunu qəbul etdik ki, uşaq sağ qalsın da. Yaxud qərar qəbul etdik ki, kağız üzərindən ƏDV ləğv edilsin, 5 ay keçib, qərar icra olunmur”.

F.Mustafa qanunsuz tikililərlı bağlı məsələnin də həllini tapmadığını qeyd etdi. Eyni zamanda hərbçilərin pensiya məsələsinə diqqət çəkdi: “Adam neçə ildir xidmət edib, hələ də pensiya ala bilmir”. Deputat dedi ki, ölkədə pensiya yaşı birmənalı şəkildə azaldılmalıdır: “Vətəndaşların yaşam həddi 70 yaşı keçmir”. F.Mustafa cərimələr məsələsinə də diqqət çəkdi. “Biz yarımçıq problemləri həll etmədikcə, Qarabağda da yarımçıq qalmış məsələləri həll etməkdə çətinlik çəkəcəyik”, deputat bildirdi.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR