Onlayn ictimai-siyasi qəzet
Rəqqasə Fatimə Fətəliyeva bir neçə gün əvvəl hədələdiyi müğənni Nadir Qafarzadə ilə bir araya gəlib.
Sənətçilər Əməkdar artist Rəşad İlyasovun ad günü məclisində görüşüblər.
Fatimə birlikdə olan şəkillərini sosial şəbəkədə yayımlayıb.
Qeyd edək ki, bir neçə gün əvvəl N.Qafarzadə açıqlamasında Fatimənin küsəyən olduğunu deyərək "Nənəsən, artıq az küs" sözlərini işlədib.
Fatimə isə bu sözə əsəbiləşərək "Nadir, özünü yığışdır. Ona-buna az söz at" cavabını verib. (Axşam.az)
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ