İnsanlara hürriyət, millətlərə istiqlal!

“Əvvəl müşahidə, sonra zərbə” – Süni intellektli “Şahed”lər döyüşə daxil oldu

Rusiya silahlı qüvvələri süni intellektlə təchiz edilmiş yeni tip "Şahed" dronlarından istifadə etməyə başlayıb.

Musavat.com xəbər verir ki, bu barədə ukraynalı politoloq Yuriy Romanenko mobil PUA briqadasında xidmət edən hərbçiyə istinadla məlumat paylaşıb.

Məlumata görə, bu dronlar hava hücumu həyata keçirmək istəyən mobil zenit qruplarını aşkar etmək və onları məhv etmək qabiliyyətinə malikdir. Hərbçinin sözlərinə görə, həmin “Şahed”lər ilkin mərhələdə əraziyə daxil olur, uzun müddət havada dövrə vuraraq PUA-lara qarşı fəaliyyət göstərən qrupları müşahidə edir və atəş açan hədəfi təyin etdikdən sonra ona hücum edirlər.

Bu texnologiya növbəti dalğada gələcək dronlar üçün "ərazini təmizləmə" məqsədi daşıyır və hava hücumundan müdafiə sistemlərini sıradan çıxarmağa yönəlib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Iyun 2025

31 May 2025

BÜTÜN XƏBƏRLƏR