Onlayn ictimai-siyasi qəzet
Son vaxtlar dəm qazından zəhərlənmələr tez-tez baş verir. Mənzillərdə və fərdi evlərdə qaz sızmasından partlayışlar da az deyil. Mütəxəssislər bildirirlər ki, bu kimi halların qarşısını əvvəlcədən almaq mümkündür. Söhbət qaz sızması, dəm qazı barədə öncədən xəbər verən detektor cihazlarından gedir. Ekspertlər bildirirlər ki, hətta bəzi ölkələrdə bu cihazlardan istifadə məcburidir.
Xəzər TV-yə istinadən məlumat verir ki, qaz sobasının quraşdırıldığı otaqlarda detektor cihazının yerləşdirilməsi təhlükəsizliyi xeyli artırır.
Ancaq vətəndaşlar nədənsə belə cihazların quraşdırılmasına maraq göstərmirlər.
Mütəxəssislər bildirirlər ki, qaz detektorları qaz sızıntısını erkən aşkar edərək, təhlükə yaranmadan öncə tədbir görməyə imkan yaradır. Qaz detektorlarında yerləşən sensorlar havadakı qaz konsentrasiyasını ölçür. Qaz müəyyən həddi keçdikdə detektor səsli və ya vizual siqnal ilə xəbərdarlıq edir. Bəzi modellər isə havalandırma sistemlərini avtomatik işə salır və ya mənzilə verilən mavi yanacağı bağlayır. Kommunal xidmətlər üzrə mütəxəssis Nüsrət Qasımov deyir ki, detektor cihazları fərdi evlər, mənzillərlə yanaşı, zirzəmilərdə də quraşdırıla bilər.
Ətraflı süjetdə:
20 Yanvar 2025
00:12 Birinci vitse-prezident Mehriban Əliyeva 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib
19 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ