İnsanlara hürriyət, millətlərə istiqlal!

Evinə pəncərədən daxil olan vətəndaşla bağlı RƏSMİ CAVAB


"Nəsimi rayonu, Həzi Aslanov küçəsi 55 ünvanında yaşayan sakinin evinin blokuna əsas giriş qapısı guya bağlanıb və həmin şəxs mənzilinə pəncərədən daxil olur".

Bu barədə Musavat.com-a Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən bildirilib.

Qeyd edilib ki, sözügedən bina 1885-ci ildə tikilib və bir müddət öncə dövlət layihəsi çərçivəsində aidiyyəti qurum tərəfindən təmir olunub:

"Vətəndaş tərəfindən mənzilin bir mövcüd girişi olmasına baxmayaraq, müəyyən məqsədlər üçün əlavə giriş açmaq niyyətində olub. Qeyri-qanuni olaraq binanın konstruksiyasına müdaxilə faktlarının qarşısı dəfələrlə qurumun nümayəndələri tərəfindən alınıb. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib".

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR